...

Komitə sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Cəmiyyət Materials 23 Noyabr 2016 16:11 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Komitə sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin operativ həlli üçün konkret tədbirlər görürlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri M.Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbulda 18 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini ədəbiyyatla təmin olunma və sair məsələlərlə bağlı olub.

M.Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti