...

Azərbaycanlı professor Çində Beynəlxalq Konsultativ Komitənin baş məsləhətçisi seçilib

Cəmiyyət Materials 24 Noyabr 2016 14:20 (UTC +04:00)
AMEA İqtisadiyyat İnstitutunun direktoru Şanxay Universiteti nəzdində fəaliyyət göstərən “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilib.
Azərbaycanlı professor Çində Beynəlxalq Konsultativ Komitənin baş məsləhətçisi seçilib

Bakı. Trend:

Noyabrın 23-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov Çinin Şanxay şəhərində keçirilən “Bir yol – bir zolaq” adlı Beynəlxalq konfransda çıxış edib.

Trend-in məlumatına görə, N.İmanov beynəlxalq sərnişin və yük daşıma sahəsində Azərbaycanın oynadığı və gələcəkdə oynaya biləcəyi rol haqqında, ölkələrarası nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə Azərbaycanda gerçəkləşdirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Noyabrın 24-də professor həmin konfransın “Təhlükəsizlik, iqtisadi və mədəni əməkdaşlıq sahələrində yeni imkanlar” bölməsinə rəhbərlik edib. Günün ikinci yarısında isə o, Şanxay Universitetinin təşkilatçılığı ilə keçirilən “Bir yol – bir zolaq: elm və təhsil sahələrində əməkdaşlıq” adlı daha bir konfransda məruzə edib, Azərbaycanda elm və təhsil sahəsində dövlət siyasətinin səciyyəvi xüsusiyyətlərini açıqlayıb, Azərbaycan və Çinin elmi müəssisələri və ilk növbədə akademik iqtisadiyyat institutları arasında əməkdaşlıq məsələləri, o cümlədən birgə tədqiqatların aparılması imkanları haqqında fikirlərini paylaşıb.

AMEA İqtisadiyyat İnstitutunun direktoru Şanxay Universiteti nəzdində fəaliyyət göstərən “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilib. Sözügedən konfranslarda Çin, Mərkəzi Asiya ölkələri, Rusiya və Azərbaycandan olan alim və tədqiqatçılarla yanaşı, Çinin rəsmi dövlət və hökumət nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti