...

Müəllim və valideynlərin müraciətləri dinlənilib (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2016 14:53 (UTC +04:00)
Bu gün Bakı şəhərindəki 195 nömrəli tam orta məktəbdə Səbail, Qaradağ və Yasamal rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Müəllim və valideynlərin müraciətləri dinlənilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı şəhərindəki 195 nömrəli tam orta məktəbdə Səbail, Qaradağ və Yasamal rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Qəbula gələn vətəndaşlar şagird sıxlığı ilə əlaqədar əlavə tədris korpuslarının inşası, məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri, mövcud avadanlıqların yenilənməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti