...

Coğrafi İnformasiya Sistemi yaradılır (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2016 15:52 (UTC +04:00)
Statistika Komitəsində Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Coğrafi İnformasiya Sistemi yaradılır (FOTO)

Bakı. Trend:

Dövlət Statistika Komitəsində Avropa İttifaqının (Aİ) dəstəyi ilə reallaşan Tvinninq layihəsi çərçivəsində Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqsəd sözügedən sistem vasitəsi ilə statistik məlumatların Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasıdır.

Bolqarıstan, Almaniya və Sloveniyadan olan mütəxəssislərlə birgə DSK nümayəndələrinin 21-25 noyabr tarixlərində Coğrafi İnformasiya Sisteminin yaradılmasında müxtəlif təqdimatları olub. Sayca 2-ci iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan da nümayəndələr iştirak ediblər. Coğrafi İnformasiya Sisteminin əsas komponenti olan veb-xəritələrin hazırlanması və statistik məlumatların bu xəritələr vasitəsilə yayılması barədə müzakirələr aparılıb. Nəticədə işçi qrupunun yaradılması, CİS üzrə məlumatların yayılması üçün mütəxəssislərin cəlb olunması qərara alınıb. İclasda qarşlıqlı maraq doğuran suallar da cavablandırılıb.

Qeyd edək ki, Coğrafi İnformasiya Sistemi vasitəsi ilə istənilən internet istifadəçisi coğrafi-statistik məlumatlarla tanış olmaq imkanı əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti