...

Bakı Təhsil İdarəsi məktəbdəki dava ilə bağlı araşdırmalara başladı

Cəmiyyət Materials 25 Noyabr 2016 17:53 (UTC +04:00)
Xəstəyə ilkin tibbi yardım göstərilib və ona ambulator müalicə təyin edilib.
Bakı Təhsil İdarəsi məktəbdəki dava ilə bağlı araşdırmalara başladı

Bakı. İlhamə İsabalayeva, Samir Əli - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonundakı 101 saylı məktəbdə davanın baş verməsinə münasibət bildirib.

İdarədən Trend-ə verilən məlumata görə, 101 saylı tam orta məktəbdə şagirdlərin anlaşılmazlığı zəminində baş vermiş mübahisə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılır. Məsələyə aydınlıq gətirildikdən dərhal sonra ictimaiyyətə açıqlama veriləcək.

3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, noyabın 24-də Zeynalova Zəminə Həsən qızı 101 saylı orta məktəbdə baş verən dava nəticəsində döş qəfəsi və sağ əlinin barmağının əzilməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Xəstəyə ilkin tibbi yardım göstərilib və ona ambulator müalicə təyin edilib.

Qeyd edək ki, noyabrın 24-də 101 saylı məktəbdə 2 şagird arasında baş verən davaya sonradan onların valideynləri və qohumları müdaxilə edib. Nəticədə 2-si müəllim olmaqla, 5 nəfərin xəsarət aldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti