...

"Lufthansa"nın Bakı reysləri yenə tətil səbəbindən təxirə salındı

Cəmiyyət Materials 26 Noyabr 2016 11:17 (UTC +04:00)
Almaniyanın "Lufthansa" aviaşirkəti işçilərinin davam edən tətili nəticəsində şirkətin bu günə nəzərdə tutulan Bakı reysləri təxirə salınıb.
"Lufthansa"nın Bakı reysləri yenə tətil səbəbindən təxirə salındı

Bakı. Azad Həsənli - Trend:

Almaniyanın "Lufthansa" aviaşirkəti işçilərinin davam edən tətili nəticəsində şirkətin bu günə nəzərdə tutulan Bakı reysləri təxirə salınıb.

Bu barədə Trend-ə Heydər Əliyev adına Hava Limanından məlumat veriblər.

Hava Limanından bildiriblər ki, bu günə 2 reys nəzərdə tutulmuşdu: Aşqabad - Bakı və Bakı-Frankfurt-na-Mayne.

Məlumatda qeyd olunur ki, bazar günü üçün reyslərin təxirə salınıb-salınmamsı ilə bağlı hələ məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti