...

3500-dək müəllim diaqnostik qiymətləndirmədə iştirak edəcək

Cəmiyyət Materials 26 Noyabr 2016 11:39 (UTC +04:00)
Noyabrın 27-28-də İsmayıllı Olimpiya İdman Kompleksində İsmayıllı, Şamaxı və Qobustan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir.
3500-dək müəllim diaqnostik qiymətləndirmədə iştirak edəcək

Bakı. Trend:

Noyabrın 27-28-də İsmayıllı Olimpiya İdman Kompleksində İsmayıllı, Şamaxı və Qobustan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən TRend-ə verilən məlumata görə, qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 3500-dək müəllim iştirak edəcək. Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlara cəlb ediləcəklər.

Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti