...

Balakən gömrüyündə Türkiyə vətəndaşı ölüb

Cəmiyyət Materials 26 Noyabr 2016 13:00 (UTC +04:00)
Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda qəflətən halı pisləşmiş Türkiyə vətəndaşı həkimlərin bütün yardımlarına baxmayaraq ölüb.
Balakən gömrüyündə Türkiyə vətəndaşı ölüb

Bakı. Trend:

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda qəflətən halı pisləşmiş Türkiyə vətəndaşı həkimlərin bütün yardımlarına baxmayaraq ölüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada keçid xəttində Gürcüstandan Azərbaycana gələn - 1952-ci il təvəllüdlü, Türkiyə vətəndaşı Naim Tozlunun qəflətən halı pisləşib. Gömrük əməkdaşları ona ilkin yardım göstərib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, vətəndaşın həyatını xilas etmək mümkün olmayıb.

Tibbi personalın verdiyi ilkin rəyə əsasən, N.Tozlu urək tutmasından vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti