...

İran Azərbaycandakı akrobatikanın yüksək inkişaf səviyyəsinə çatmaq istəyir (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2016 17:31 (UTC +04:00)
İranda Azərbaycandakı kimi akrobatika gimnastikasının yüksək inkişaf səviyyəsinə çatmaq istəyirlər.
İran Azərbaycandakı akrobatikanın yüksək inkişaf səviyyəsinə çatmaq istəyir (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

İranda Azərbaycandakı kimi akrobatika gimnastikasının yüksək inkişaf səviyyəsinə çatmaq istəyirlər.

Bunu Trend-ə İran Gimnastika Federasiyasının Akrobatika komitəsinin katibi Kərim Məhəmmədzadə deyib.

Onun sözlərinə görə, məşqçi və hakimlərdən ibarət nümayəndə heyəti Bakıya məhz Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə gəlib:

"Biz İranda akrobatika gimnastikasını sıfırdan inkişaf etdirmək istəyirik. Biz Bakıya burada necə məşqlər keçirildiyinə, uşaqlarla işin necə aparıldığına baxmaq üçün gəlmişik. Həmçinin, burada hakim kursları keçirik. Ümid edirik ki, tez bir vaxtda Azərbaycandakı kimi belə yüksək səviyyəyə çata biləcəyik".

O qeyd edib ki, nümayəndə heyətinin bütün üzvləri Azərbaycana ilk dəfədir gəliblər və gördüklərindən çox razıdırlar:

"Bizi burada çox yaxşı qarşıladılar, hamımıza kömək edirlər, bütün suallara cavab verirlər. Bizə belə imkan yaratdıqlarına görə, Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm. Bakıda gimnastikanın inkişafı üçün çox yüksək səviyyədə şərait yaradılıb, qısa müddətdə böyük uğurlar əldə olunub. Biz çoxdandır Azərbaycana gəlmək, yerli məşqçilərdən öyrənmək istəyirdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti