...

Ekspert: Diferensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən vətəndaşlara təsir göstərməyəcək

Cəmiyyət Materials 29 Noyabr 2016 13:09 (UTC +04:00)
Tarif Şurasının son qərarı ilə diferensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin, mövcud tariflərlə istehlak limiti nəzərə alınıb.
Ekspert: Diferensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən vətəndaşlara təsir göstərməyəcək

Bakı. Samir Əli - Trend:

Tarif (qiymət) Şurasının son qərarı ilə diferensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadəsi, mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Bu barədə Trend-ə ekspert Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, hər kəs öz gəlirinə uyğun olaraq istifadə etdiyi elektrik enerjisi və digər kommunal xərcləri ödəsin:

"Bu qərar ola bilsin ki, müəyyən qədər qiymət fərqinə gətirib çıxarsın. Amma dəyişiklik insanların büdcəsinə uyğun olaraq istifadə etdiyi kommunal xidmətlərin müvafiq bölünməsindən ibarətdir. Diferensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən vətəndaşlara təsir göstərməyəcək".

Ekspert əlavə edib ki, hökumətin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti