...

Azyaşlı uşağı olan valideynlərə MÜJDƏ - İş saatı ilə bağlı güzəşt

Cəmiyyət Materials 29 Noyabr 2016 16:44 (UTC +04:00)
Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatının azaldılması nəzərdə tutulur.
Azyaşlı uşağı olan valideynlərə MÜJDƏ - İş saatı ilə bağlı güzəşt

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatının azaldılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət qulluğunda olan və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub.

Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti