...

“Parlaq Zəka” məktəblilərarası çempionat layihəsinin seçim turları yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2016 19:15 (UTC +04:00)
3-cü qrant müsabiqəsinin qalibi olan ““Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionat” layihəsinin seçim turları yekunlaşıb.
“Parlaq Zəka” məktəblilərarası çempionat layihəsinin seçim turları yekunlaşıb (FOTO)

Bakı. Trend:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 2016-cı il üzrə keçirilən 3-cü qrant müsabiqəsinin qalibi olan ““Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionat” layihəsinin seçim turları yekunlaşıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən layihənin seçim turlarında Bakı şəhərini əhatə edən 4 rayon məktəblərindən ümumilikdə 100 iştirakçı faydalanıb.

Xəzər, Suxaranı, Sabunçu, Nizami rayonları üzrə seçim turlarında iştirak edən ümumilikdə 20 məktəbi təmsil edən şagirdlər tarix, coğrafiya kimi humanitar biliklərə əsaslanan ümumidünyagörüşü və məntiqi bilikləri əhatə edən “Parlaq Zəka” intellekt şousu formatında keçirilən oyunda öz bilik və bacarıqlarını sınayıblar.

Qeyd edək ki, Xəzər, Suxaranı, Sabunçu, Nizami rayonları üzrə seçim turlarında qalib gələn komandalar dekabr ayında Bakı şəhəri üzrə keçirilən final mərhələsində rayonlarını təmsil edəcəklər.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti