...

Azərbaycan Ensiklopediyasına səyahət (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2016 21:12 (UTC +04:00)
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində alimlərlə “Azərbaycan Ensiklopediyasına səyahət” adlı görüşü keçirilib.
Azərbaycan Ensiklopediyasına səyahət (FOTO)

Bakı. Trend:

Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Qubadlı, Zəngilan, Nardaran, Şuşa və Bakı məktəblilərinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində alimlərlə “Azərbaycan Ensiklopediyasına səyahət” adlı görüşü keçirilib.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, müəllim və şagirdlərin iştirakı ilə təşkil olunmuş tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini professor Şaiq İbrahimov məktəblilərə Ensiklopediyanın yaranması, inkişaf tarixi və çapa hazırlanması haqqında ətraflı məlumat verib.

Məktəblilər Elmi Mərkəzlə yaxından tanış olublar.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla və professor Şaiq İbrahimov görüşün əhəmiyyətini və məktəblilərin marağını nəzərə alaraq, birgə fəaliyyətin daha da genişləndirilməsinin, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.

Sonda şagirdlərə müxtəlif kitablar hədiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti