...

İsrail Azərbaycan FHN-in əməkdaşlarını təltif etdi (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2016 12:59 (UTC +04:00)
Noyabrın 29-da İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib.
İsrail Azərbaycan FHN-in əməkdaşlarını təltif etdi (FOTO)

Bakı. Trend:

Noyabrın 29-da İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.

FHN-nin təyyarəsi İsraildə 8 məntəqədə yanğını söndürüb

FHN-nin təyyarəsi İsraildə 8 məntəqədə yanğını söndürüb

Həmçinin yanğınların söndürülməsində göstərdikləri şücaətə görə Azərbaycan FHN əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunmuşlar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti