...

Azərbaycanda unikal ödəniş terminalları - valyuta da dəyişəcək (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 30 Noyabr 2016 13:00 (UTC +04:00)
Yeni terminalların əsas üstünlüyü onların valyuta mübadiləsi, eləcə də pulun artığını qaytarma funksiyasına malik olmasıdır.
Azərbaycanda unikal ödəniş terminalları - valyuta da dəyişəcək (FOTO) (YENİLƏNİB)

Bakı. Hüseyn Vəliyev - Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi poçt şöbələrində "e-GovPay" ödəniş terminallarının quraşdırılmasına başlayır.

Bu barədə Trend-ə Mərkəzdən bildirilib.

Yeni terminalların əsas üstünlüyü onların valyuta mübadiləsi, eləcə də pulun artığını qaytarma funksiyasına malik olmasıdır.

Mərkəzdən deyiblər ki, belə terminallar bazarlara gələn ay daxil olacaq. Birinci mərhələdə qurğular poçt şəbəkələrində, perspektivdə isə ictimai yerlərdə də quraşdırılacaq. Hazırda ilk terminal "Azərpoçt" MMC-nin Baş İdarəsində yerləşdirilib.

Terminallar vasitəsilə kommunal, rabitə xidmətləri və internetə görə ödənişləri həyata keçirmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti