...

"Lufthansa"da tətil davam edir - Bakı reysləri yenə təxirə düşdü

Cəmiyyət Materials 30 Noyabr 2016 17:48 (UTC +04:00)
Almaniyanın "Lufthansa" aviaşirkətinin əməkdaşlarının tətili nəticəsində bugünkü Bakı reysləri təxirə salınıb.
"Lufthansa"da tətil davam edir - Bakı reysləri yenə təxirə düşdü

Bakı. Ənvər Məmmədov - Trend:

Almaniyanın "Lufthansa" aviaşirkətinin əməkdaşlarının tətili nəticəsində bugünkü Bakı reysləri təxirə salınıb.

Bu barədə Trend-ə "Lufthansa"nın Bakı ofisindən məlumat verilib.

Məlumata görə, bu günə iki reys planlaşdırılmışdı: Aşqabad-Bakı və Bakı-Frankfurt.

Dekabrın 2 və 3-nə planlaşdırılan reyslərin isə cədvələ uyğun olaraq həyata keçiriləcəyi bildirilib.

"RİA Novosti" agentliyinin məlumatına görə, tətil səbəbindən "Lufthansa"nın noyabrın 29 və 30-na təyin olunan 1700 reysi, o cümlədən 88 qitələrarası reys təxirə salınıb.

Qeyd edək ki, tətil edən pilotlar əməkhaqlarının 22 faiz artırılmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti