...

Komitə sədri: 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var

Cəmiyyət Materials 1 Dekabr 2016 12:46 (UTC +04:00)
Azərbaycanda 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var.
Komitə sədri: 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var.

Trend-in məlumatına görə, bunu Milli Məclsin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədri qeyd edib ki, 362 inzibati ərazi dairəsinin ərazi məsələləri sual altında qalıb: “Çünki onlar işğal altında olan ərazilərdir. Bu məsələ hələ həll olunmayıb”.

İnzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsinin çox mürəkkəb bir iş olduğunu deyən A.Rəhimzadənin sözlərinə görə, qanunvericiliyə əsasən, bu məsələlər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunla və “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiya haqqında” qanunla həll olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti