...

Azərbaycan bazarına maraq göstərən İspaniya şirkətlərinin sayı artır (ÖZƏL)

Cəmiyyət Materials 7 Dekabr 2016 16:47 (UTC +04:00)
Azərbaycan bazarına maraq göstərən ispan şirkətlərinin sayı artmaqda davam edir.
Azərbaycan bazarına maraq göstərən İspaniya şirkətlərinin sayı artır (ÖZƏL)

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycan bazarına maraq göstərən ispan şirkətlərinin sayı artmaqda davam edir.

Bunu Trend-ə eksklüziv açıqlamasında İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez deyib: “Ölkələrimiz arasında ticari-iqtsadi əməkdaşlıq nisbətən aşağı səviyyədə olsa da, artıq daha çox ispan şirkəti Azərbaycanla işləməyə başlayıb”.

Diplomat qeyd edib ki, İspaniyanın iki şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir.

Xuarez deyib ki, bundan başqa Azərbaycanda 5 ispan şirkəti fəaliyyət göstərir. “Onlar əsasən layihələrin icrası, gəmiqayırma zavoduna xidmətlərin təqdim olunması, tikintinin layihələndirilməsi kimi sahələrdə fəaliyyət göstərir”.

Diplomat həmçinin qeyd edib ki, İspaniya Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sahəsi üzrə əməkdaşlıq memorondum ilə bağlı danışıqlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti