...

Tərcümə Mərkəzinin saytı çex dilində də yayımlanacaq

Cəmiyyət Materials 2 Dekabr 2016 11:06 (UTC +04:00)
Aztc.gov.az (Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəsmi saytı) çex dilində də yayımlanacaq.
Tərcümə Mərkəzinin saytı çex dilində də yayımlanacaq

Bakı. Trend:

Aztc.gov.az (Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəsmi saytı) çex dilində də yayımlanacaq.

Bu barədə Trend-ə Tərcümə Mərkəzindən məlumat verilib.

“Azərbaycan həqiqətləri”, “Azərbaycan yazıçıları”, “Açıq kitab”, “Xəzər”, “Aydın yol” portalları vasitəsi ilə ölkənin tarixi, keçmişi və bu günü, ədəbi-mədəni həyatı, həmçinin dil və tərcümə sahəsinin yenidən təşkili və təkmilləşdirilməsi, milli ədəbiyyatımızın dünyada təbliği məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı mətn və materialları 9 dildə (Azərbaycan, ingilis, rus, türk, alman, fransız, ispan, ərəb və fars) dünyanın bir çox aparıcı mətbu orqanlarında və internet saytlarında yayımlayan aztc.gov.az saytı bu gündən etibarən çex dilində də yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti