...

Mikayıl Cabbarov: Azərbaycanda Rektorlar Şurası yaradılacaq

Cəmiyyət Materials 2 Dekabr 2016 11:23 (UTC +04:00)
Azərbaycanda Rektorlar Şurasının yaradılması nəzərdə tutulur.
Mikayıl Cabbarov: Azərbaycanda Rektorlar Şurası yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda Rektorlar Şurasının yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyinin ötənilki kollegiyasında müzakirə olunduğu kimi, bu ilin sonunadək ölkədə Rektorlar Şurasının yaradılması nəzərdə tutulur:

"Şuranın təsis iclasının dekabr ayında keçirilməsi planlaşdırılır. Ümid edirik ki, belə bir orqanın mövcudluğu ali təhsil problemlərinin həllinə yardım göstərəcək. Təhsil Nazirliyi və təhsil mütəxəssislərinin iştirakı ilə keçirilən ictimai müzakirələr ali təhsilə aid məsələlərin həllinə töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti