...

Xızı-Altıağac avtomobil yolunda çökən hissə bərpa edildi

Cəmiyyət Materials 2 Dekabr 2016 12:52 (UTC +04:00)
Noyabrın 30-da Xızı-Altıağac avtomobil yolunda baş vermiş sürüşmə nəticəsində yolun çökən hissəsi bərpa edilib.
Xızı-Altıağac avtomobil yolunda çökən hissə bərpa edildi

Bakı. Samir Əli - Trend:

Noyabrın 30-da Xızı-Altıağac avtomobil yolunda baş vermiş sürüşmə nəticəsində yolun çökən hissəsi bərpa edilib.

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, yolda baş verən sürüşmənin qarşısını almaq üçün tədbirlər görülüb. Artıq yolda avtomobillərin maneəsiz hərəkəti bərpa edilib.

A.Nəcəfli deyib ki, əvvəllər həmin ərazidə sürüşmə olmayıb: "Bu, yolda ilk sürüşmə hadisəsidir. Gələcəkdə belə hadisənin baş verməməsi üçün yolda sürüşmə ərazisində qabaqlayıcı tədbirlər, lazımi mühəndisi qurğuları da inşa olunacaq".

Xatırladaq ki, sürüşmə baş verən Xızı-Altıağac avtomobil yolunda hazırda yenidənqurma işləri aparılır. Noyabrın 30-da avtomobil yolunda baş vermiş sürüşmə yolun 11-ci km-də 700 metr məsafəni, 3-cü km-də isə 250 metr məsafəni əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti