...

Arpadarai: Növbəti Formula 1 üçün infrastruktur işləri daha az miqyaslı olacaq

Cəmiyyət Materials 2 Dekabr 2016 15:30 (UTC +04:00)
Gələn il keçiriləcək Formula 1 yarışları üçün infrastruktur işləri daha az miqyaslı olacaq.
Arpadarai: Növbəti Formula 1 üçün infrastruktur işləri daha az miqyaslı olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn il keçiriləcək Formula 1 yarışları üçün infrastruktur işləri daha az miqyaslı olacaq.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilki Formula 1 yarışının keçirilməsi üçün keçən ilki xərclər iki yerə bölünürdü: " Ötən ilki xərclərimiz iki istiqamət üzrə idi. İnfrastruktur üçün müəyyən tikinti işləri aparılırdı, beton tribunalar, lövhələr quraşdırılırdı, asfalt qatı yenidən salınmışdı".

N.Arpadai deyib ki, bu il bütün bu infrastruktur işləri daha az olacaq: "Asfalt qatı salınmayacaq, Niyazi küçəsində qəmbər daşları ilə örtülən hissə asfalt qatla örtüləcək. Digər infrastruktur işlərimiz isə daha az miqyaslı olacaq. Çünki lazım olan bütün avadanlıqlar var. Həmin avadanlıqlar, tribunalar, baryerlər, təhlükəsizlik qurğuları yarışdan öncə gətirilib quraşdırılacaq".

N.Arpadai deyib ki, bu il marketinqə xərclər ayrılacaq, məsələn konsertlər təşkil olunacaq: "Çünki əsas məqsədimiz Bakıya daha çox insanı cəlb etməkdir. Biz buraya daha çox əyləncə sevən insanları cəlb etmək istəyirik. Ona görə daha maraqlı əyləncə proqramımız olacaq, dünya ulduzları iştirak edəcək. Buna görə əminəm ki, yarışa daha çox insan gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti