...

Umud Mirzəyev: Söz azadlığı pərdəsi arxasında mətbuatın adını ləkəyənlərin üzə çıxarılması vacibdir

Cəmiyyət Materials 3 Dekabr 2016 14:48 (UTC +04:00)
Söz azadlığı pərdəsi arxasında mətbuatımızın və cəmiyyətimizin adına yaraşmayan mənfi hallara yol verilməməlidir.
Umud Mirzəyev: Söz azadlığı pərdəsi arxasında mətbuatın adını ləkəyənlərin üzə çıxarılması vacibdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Söz azadlığı pərdəsi arxasında mətbuatımızın və cəmiyyətimizin adına yaraşmayan mənfi hallara yol verilməməlidir.

Bunu Trend-ə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Beynəlxalq Mətbuat İnstitununun Azərbaycan üzrə təmsilçisi Umud Mirzəyev deyib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən “Bizim dövr” qəzetinin adı ilə vətəndaşları şantaj edən dəstə üzvlərinin zərərsizləşdirilməsinin mətbuata təzyiq kimi dəyərləndirilməsinin tam əleyhinə olan U.Mirzəyev qeyd edib ki, bəzi mətbu orqanlar dırnaqarası fəaliyyətləri ilə Azərbaycan mediasının adını ləkələyirlər.

DTX əməliyyat keçirdi - vətəndaşları şantaj edən baş redaktor dəstəsi ilə yaxalandı

DTX əməliyyat keçirdi - vətəndaşları şantaj edən baş redaktor dəstəsi ilə yaxalandı

Belə halların olmasına çox təəssüflənən U.Mirzəyev əlavə edib ki, “Bizim dövr” qəzeti ilə bağlı Mətbuat Şurasına dəfələrlə edilən müraciətlərdə şikayətlər olunub: “Şura bu mətbu orqanla bağlı müzakirələrində həmişə qanunun aliliyini, peşə-davranış qaydalarının tələblərinin pozulmasını onların diqqətinə çatdıraraq və qaydalara riayət etməyə dəvət edib”.

U.Mirzəyev qeyd edib ki, belə hadisələrin üzə çıxarılması vacibdir: Çünki cəmiyyət belə insanların hansı işlə məşğul olduqlarını bilməlidir. U.Mirzəyev deyib ki, reket jurnalistikanın qarşısını almaq üçün qanunvericiliyin çox sərtləşdirilməsinin əleyhinədir:

“Lakin bu cür fəaliyyətlərə yol verilməməsi üçün mümkün qaydalar olmalıdır. Elə mexanizmlərimiz olmalıdır ki, həmin mexanizmlər vasitəsilə mediamıza ləkə gətirən fəaliyyətlərin qarşısını alaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti