...

Azərbaycanlı hüquqşunaslar ABŞ-a səfər ediblər

Cəmiyyət Materials 5 Dekabr 2016 17:45 (UTC +04:00)
Bu ilin 9-19 noyabr tarixində Açıq Dünya Liderlik Proqramı (Open World Leadership Program) çərçivəsində bir qrup hüquqşunas Amerika Birləşmiş Ştatlarına səfər edib.
Azərbaycanlı hüquqşunaslar ABŞ-a səfər ediblər

Bakı. Trend:

Bu ilin 9-19 noyabr tarixində Açıq Dünya Liderlik Proqramı (Open World Leadership Program) çərçivəsində bir qrup hüquqşunas Amerika Birləşmiş Ştatlarına səfər edib.

Səfər zamanı onlar Oklaxoma ştatının Oklaxoma şəhərində Amerikanın ədliyyə sistemilə praktiki olaraq tanış olublar. ABŞ-da, həmçinin, ən yaxşı praktikadan faydalanmaq üçün hüquqşünaslar ferderal və yerli məhkəmələr, Oklaxoma Dovlət Vəkillər Assosiyasıyası, özəl hüquq firmaları və Oklaxoma Universitetinin Hüquq Məktəbinə də baş çəkiblər.

Konqres kıtabxanası tərəfindən maliyyələşdirilən, Açıq Dünya keçmiş Sovet respublikalarından olan gənc liderləri bir araya gətirilməsinə hədəflənən tanınmış mübadilə proqramıdır.

1999-cu il proqram başlayandan bəri səkkiz min iki yüz amerikalı ailəsi Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna, Tacikistan və Türkmənistan olan iyirmi beş min qonağı qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti