...

Məktəbdənkənar müəssisələrin əməkdaşları üçün təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2016 18:46 (UTC +04:00)
“Məktəbdənkənar müəssisələrin əməkdaşların müasir tələblərə uyğun bilik və bacarıqlarının artırılması” adlı təlim keçirilib.
Məktəbdənkənar müəssisələrin əməkdaşları üçün təlim keçirilib (FOTO)

Bakı. Trend:

Dekabrın 2-4-də Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə “Məktəbdənkənar müəssisələrin əməkdaşların müasir tələblərə uyğun bilik və bacarıqlarının artırılması” adlı təlim keçirilib.

Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzindən Trend-ə verilən məlumata görə, təlim hər iki mərkəzin əməkdaşları üçün təşkil olunub.

Şamaxı şəhərində keçirilən 3 günlük təlim məktəbdənkənar müəssisələrin əməkdaşlarının bilik və bacarığını artırmaq, təlim və layihələrin idarə olunması üçün yeni forma və metodlarla işləmə və maarifləndirmək məqsədini daşıyır.

Təlimin əsas vəzifələri - iştirakçılara ekologiya və turizm sahəsində dərnək rəhbərlərinin və metodistlərin roluna yenidən baxmağa və dərk etməyə kömək etmək; müəssisələrin əməkdaşlarının motivasiyasını qaldırmaq; təlim mərkəzlərinin işində daha aydın məqsədlər qoymaq; müəssisələrin əməkdaşlarının uşaqlarla işləmək üçün müasir interaktiv və moderasiya üsullarla təmin etməkdir.

Təlimin proqramına əlavə olaraq eyni zamanda GİZ təlimçiləri tərəfindən xüsusi ekoloji qruplar üçün ekosistem xidmətləri, Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları tərəfindən turizm qruplar üçün isə turizmin əsasları, yerli turizm və ekskursiya modulları keçirilir.

1-ci gün təlim iştirakçıları üçün layihələrin idarəolunması, problemlərin müəyyən edilməsi, layihə ideyalarının identifikasiyası, ətraf mühit təlimçisinin rolu, özünü inkişaf haqqında, düzgün məqsədlərin çatdırılması barəsində modullar keçirilib.

2-ci gün motivasiyanı qaldırmaq metodları, interaktiv və teatr oyunları emalatxanası, moderasiya üsulları və məktəblilərlə iş zamanı moderasiya metodlarından istifadəsi, rol oyunları öyrədilib.

3-cü gün ictimaiyyətin məlumatlandırılıması üçün effektiv kompaniyalar, refleksiya metodlartı və təlimin qiymətləndirilməsi, müasir tələbata uyğun dərslərin proqramlarının tərtibi ilə bağlı bacarıqlar artırılıb.

Əyani vəsaitlər, rol oyunları, mobil vizualizasiya, drama və kouç metodlarından istifadə edərək kreativlik və yaradıcı yanaşmaları tətbiq edən, müasir tələblərə cavab verən təlimdə 55 əməkdaş iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti