...

QMİ-nin dövlətə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşına prokuror 12 il həbs cəzası istədi

Cəmiyyət Materials 6 Dekabr 2016 11:03 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdsə təqsirləndirilərək həbs edilən, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.
QMİ-nin dövlətə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşına prokuror 12 il həbs cəzası istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror E.Mustafaoğluna 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.

E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti