...

Metronun "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmirə bağlanır

Cəmiyyət Materials 6 Dekabr 2016 15:13 (UTC +04:00)
Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu bağlanacaq.
Metronun "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmirə bağlanır

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu bağlanacaq.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanacaq: "Təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. "Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər".

N. Paşayev qeyd edib ki, istifadədə olan 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti