...

Təklif: Kommunal xidmət göstərən qurumlar özəlləşdirilsin

Cəmiyyət Materials 6 Dekabr 2016 16:21 (UTC +04:00)
Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumlarının özəlləşdirilməsi təklif edilir.
Təklif: Kommunal xidmət göstərən qurumlar özəlləşdirilsin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumlarının özəlləşdirilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu müəssisələrin özəlləşdirilməsi dövlət büdcəsinin yükünü xeyli azaltmış olar: “İndi dövlət büdcəsindən həmin qurumlara vəsait ayrılır. Ancaq həmin müəssisələr özəlləşdirilsə, nəinki onlara pul ayrılmayacaq, hətta onlar özləri dövlət büdcəsinə gəlir verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti