...

TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin

Cəmiyyət Materials 6 Dekabr 2016 16:49 (UTC +04:00)
Azərbaycanda orta məktəb müəllimlərinin güzəştli ipoteka kateqoriyasına daxil edilməsi təklif edilir.
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda orta məktəb müəllimlərinin güzəştli ipoteka kateqoriyasına daxil edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib.

Q.Paşayeva bildirib ki, orta məktəb müəllimlərininin əmək haqları ipotekadan yararlanmağa imkan vermir: “Müəllimlər də həmin güzəştli kateqoriyaya daxil edilsələr, onların da ipotekadan yararlanmaq imkanı olacaq. Bu, müəllimlərimizə çox böyük dəstək olar. Savadlı nəsillərin yetişməsi üçün müəllimlərin böyük rolu var. Onlar da ipoteka almaq üçün güzəştli kateqoriyaya daxil edilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti