...

Azərbaycan “Dünya Ərzaq Ekspo Koreya 2016” sərgisində təmsil olunub (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2016 08:51 (UTC +04:00)
“Dünya Ərzaq Ekspo Koreya 2016” (World Food Expo 2016) sərgisində Azərbaycan şirkətləri tərəfindən ölkəmizdə istehsal olunan məhsulların təqdimatı keçirilib.
Azərbaycan “Dünya Ərzaq Ekspo Koreya 2016” sərgisində təmsil olunub  (FOTO)

Bakı. Trend:

Koreyanın ən böyük sərgi mərkəzlərindən biri olan Koreya Beynəlxalq Sərgi Mərkəzində (Korea İnternational Exhibition Center (KİNTEX)) 2-4 dekabr tarixlərində keçirilimiş “Dünya Ərzaq Ekspo Koreya 2016” (World Food Expo 2016) sərgisində Azərbaycan şirkətləri tərəfindən ölkəmizdə istehsal olunan məhsulların təqdimatı keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, sərgidə Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsulları, o cümlədən nar və nar şirələri, habelə, nardan əldə edilən digər məhsullar, fındıq və pendir çeşidləri nümayiş olunub.

Azərbaycan stendi sərgi iştirakçılarında böyük maraq doğurub, həmçinin Koreyanın yerli qida və kənd təsərrüfatı məhsulları idxal edən şirkət nümayəndələri Azərbaycan məhsullarına maraq göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti