...

8 yaşlı uşaq oğurlayıb 30 min manat tələb etdi - 11 il azadlığından oldu

Cəmiyyət Materials 7 Dekabr 2016 09:55 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
8 yaşlı uşaq oğurlayıb 30 min manat tələb etdi - 11 il azadlığından oldu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Məmmədov 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il mayın 10-da Sabunçu rayonundakı Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci polis bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu mayın 9-da evdən çıxıb və geri qayıtmayıb. Aparılmış araşdırmalardan sonra bəlli olub ki, özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edərək oğlunu girov götürdüyünü deyib. O, uşağın azad edilməsi müqabilində 30 min manat pul tələb edib. Şəxsiyyəti sonradan müəyyənləşdirilmiş E.Məmmədov polisə bu barədə məlumat veriləcəyi təqdirdə uşağın orqanlarını çıxarıb satacağını deyib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini E.Məmmədov həbs olunub. Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli binada əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan uşaq tapılaraq valideynlərinə təhvil verilib. E.Məmmədov Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti