...

Qurban Yetirmişli: Dağlıq ərazilərdəki seysmik qurğuların qışda işləməsi üçün...

Cəmiyyət Materials 7 Dekabr 2016 11:54 (UTC +04:00)
Bəzi seysmik stansiyaların yüksək dağlıq ərazilərdə yerləşməsinə baxmayaraq, onların orada qış mövsümündə də işləməsi üçün bütün lazımi şərait yaradılıb.
Qurban Yetirmişli: Dağlıq ərazilərdəki seysmik qurğuların qışda işləməsi üçün...

Bakı. İlhamə İsabalayeva - Trend:

Bəzi seysmik stansiyaların yüksək dağlıq ərazilərdə yerləşməsinə baxmayaraq, onların orada qış mövsümündə də işləməsi üçün bütün lazımi şərait yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli seysmik stansiyalarında iş keyfiyyətinin yüksəldilməsi və stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsplərinin öyrənilməsi ilə bağlı keçirilən seminar-treninqdə deyib.

Onun sözlərinə görə, hazırda respublikanın regionlarında 35 telemetrik seysmik stansiyanın fəaliyyət göstərir. Stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsiplərinin dərindən öyrənilməsinin əməkdaşlar üçün vacib olduğunu vurğulayan alim bütün stansiyaların zəruri təlimat və vəsaitlərlə təmin olunduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti