...

XƏBƏRDARLIQ - güclü külək, qar, şaxta olacaq

Cəmiyyət Materials 7 Dekabr 2016 12:50 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
XƏBƏRDARLIQ - güclü külək, qar, şaxta olacaq

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə və gündüz 1° şaxtadan 2°-dək isti, Bakıda gecə və gündüz 0-2° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütünundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Xəbərdarlıq

Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcək.

Dekabrın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti