...

BSC Consulting & Outsourcing-də uşaqların davranış problemləri ilə bağlı seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2016 15:06 (UTC +04:00)
"BSC Consulting & Outsourcing" şirkətində “0-6 yaş arası uşaqlarda davranış problemləri” mövzusunda seminar keçirildi.
BSC Consulting & Outsourcing-də uşaqların davranış problemləri ilə bağlı seminar keçirilib (FOTO)

Bakı. Trend:

"BSC Consulting & Outsourcing" şirkətində “0-6 yaş arası uşaqlarda davranış problemləri” mövzusunda seminar keçirildi.

Uşaqlıq dövrü insanın şəxsiyyət kimi təşəkkülünün, sosial dəyərləri mənimsəməsinin məhsuldar dövrüdür. Dilindən, dinindən, irqindən və milli-etnik xüsusiyyətlərindən asılı olmayaraq, bütün uşaqlarda psixika eyni qanunauyğunluqlar əsasında inkişaf edir. Dünyanın müxtəlif coğrafi ərazilərində yaşamasından asılı olmayaraq, bütün uşaqlar öz inkişaflarında çağalıq, körpəlik, məktəbəqədər uşaqlıq, kiçik məktəb yaşı, yeniyetməlik və erkən gənclik kimi mərhələlərdən keçir. Bu mərhələlərdən hansının uşaqlıq dövrü hesab edilməsui ilə bağlı hal-hazırda da elmi-mübahisə predmetidir. Bir çox psixoloqlar 6 yaşadək, başqaları 10 yaşadək olan mərhələni, III qrup alimlər isə orta məktəb illəri də daxil olmaqla insanın həyatının ilk 16-17 ilini, cinsi yetişmənin tamamlanmasınadək olan dövrü uşaqlıq dövrü hesab edirlər. Hər bir halda valideynlər uşaqlıq dövründə onların inkişafını təsirli bir şəkildə dəstəkləməli və sağlam şəxsiyyət-vətəndaş formalaşmasında güclü təsiredici rol oynamalıdırlar.

Psixoloqlara olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi "BSC Consulting & Outsourcing" şirkətinin təşkilatçılığı ilə Uzman Klinik Psixoloq Sevinc İsmayılovanın təqdimatında “0-6 yaş arası uşaqlarda davranış problemləri” adlı seminar keçirildi. Tədbirdə iştirak edən valideynlər ilə 0-6 yaş arası uşaqlarda barmaq əmmə, dırnaq yemə, erkən cinsi problemlər, yalan danışmaq, oğurluq etmək, agressiv davranışlar, “olmaz!” - eşitməyən uşaqlarla davranış qaydaları haqqında valideynlər üçün dəyərli məlumatlar paylaşıldı. Bundan başqa “özünə qapanan uşaqla necə davranmalı?”, “bağça müəlliməsi olaraq 0-6 yaş arası uşaqların davranışlarına necə diqqət etməli?”, “0-6 yaş arası uşaqların bağçalarda valideyn yanında olmaması səbəbindən kaprizlərinin qarşısı necə alınmalı?” “yatmaq və yemək problemlərinin ev və bağçalarda həlli yolları” kimi mövzular ətrafında tədbir iştirakçılarını maarifləndirən fikir mübadiləsi aparıldı.

Tədbirin sonunda seminarda iştirak etmiş gənc valideynlərə sertifikatlar təqdim olundu.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm amillərdən biri məhz onların həyata psixoloji cəhətdən hazırlanmasıdır. Son illər ölkəmizdə bu sahənin daha da inkişafı istiqamətində addımlar atılmağa başlanılıb. "BSC Consulting & Outsourcing" şirkəti də daim istedadlı gənclərlə karyera quraraq onlar üçün yaratdığı təcrübə imkanları sayəsində tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə dəstək olduğu kimi, həm də sağlam düşüncəli, sağlam təfəkkürlü, vətənpərvər, yüksək intellektə malik gələcəyin formalaşdırılmasında psixoloji baxımdan sağlam bir mühitin yaradılmasına da dəstək olur.

Bir çox iri korporasiyaların seçimi olmuş artıq 20 ildir konsaltinq sektorunda uğurla fəaliyyət göstərən "BSC Consulting & Outsourcing Company" öz xidmətləri ilə böyük müştəri məmnuniyyəti qazanmışdır. Maliyyə, mühasibatlıq, insan resursları, hüquq və marketinq sahəsində xüsusi ixtisaslaşmış komanda ilə fəaliyyət göstərən "Business Service Center" autsoursinq ənənəsinin formalaşmasında xüsusi rol oynayır. Bu gün 40-dan çox daimi müştəriyə öz xidmətlərini təqdim edən şirkət, 20 il ərzində fəaliyyət göstərdiyi təcrübəli və peşəkar komandası ilə yüzlərlə müxtəlif tipli şirkətlərə də öz dəstəyini göstərmişdir. Satışın hüquqi tənzimlənməsi, debutor-kreditor borclar üzrə fəaliyyətin qurulması və izlənilməsi, iş yükünün dəyərləndirilməsi, müasir maliyyə-mühasibatlıq sisteminin qurulması və icrası kimi bir çox xidmətləri ilə bütün biznes sferasına xidmət göstərən "BSC Consulting & Outsourcing Company" öz xidmətlərini Sizə təqdim etməkdən böyük məmnunluq duyur.

Şirkətin fəaliyyəti, müştəri portfeli haqqında ətraflı məlumatı http://www.bsc.az/ əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti