...

Rus dili üzrə ödənişsiz kurslar davam edir (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2016 16:20 (UTC +04:00)
İsmayıllı Bilik evində Rus dili üzrə ödənişsiz kurslarda dərslər davam edir.
Rus dili üzrə ödənişsiz kurslar davam edir (FOTO)

Bakı. Trend:

İsmayıllı Bilik evində Rus dili üzrə ödənişsiz kurslarda dərslər davam edir.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə,ilkin olaraq müraciət edən gənclərdən 15 nəfəri təlimlərə cəlb olunub.

Müəllim Aygün Qurbanova dinləyicilərin xarici dilə xüsusi maraq göstərdiklərini, dərslərdə böyük həvəslə iştirak etdiklərini vurğulayıb. A.Qurbanova onu da deyib ki, Bilik Fondu kursun bütün iştirakçılarını zəruri dərs vəsaitləri ilə təmin edib.

İsmayıllı Bilik evinin direktoru Sevinc Novruzova müraciət edənlərin sayının çox olduğunu, sosial sifariş əsasında kursun davam edəcəyini söyləyib. O bildirib ki, kursun sonunda imtahandan uğurla keçən dinləyicilərə Bilik Fondunun sertifikatları təqdim olunacaq. Tezliklə Bilik evində İngilis dili üzrə ödənişsiz kurslar təşkil olunacaq.

Təlimlərə qatılan gənclər Fondun bir sıra maarifləndirici layihələrində də yaxından iştirak edəcək, müxtəlif elm sahələri üzrə mühazirələr dinləyəcəklər, mütəmadi olaraq ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər təşkil olunacaq.

İsmayıllı Bilik evi ilə yanaşı, Bilik Fondunun artıq Qax, Oğuz, Şəmkir və Nardaran Bilik evləri əhalinin xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti