...

İnstitut direktoru: Strateji yol xəritəsi qısa zamanda öz nəticəsini verəcək

Cəmiyyət Materials 8 Dekabr 2016 08:52 (UTC +04:00)
Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsinin nəticəsi öz bəhrəsini qısa zaman ərzində verəcək.
İnstitut direktoru: Strateji yol xəritəsi qısa zamanda öz nəticəsini verəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi qısa zamanda öz nəticəsini verəcək.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.

Direktor bu strateji yol xəritəsinin hazırlanmasını iqtisadiyyatın inkişafı üçün vacib amil sayıb:

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi

“Bu gün görülən işlər alqışalayiqdir. Azərbaycan aqrar ölkədir. Azərbaycan Prezidenti də aqrar sahəyə çox ciddi diqqət yetirir. Bu sahədəki bütün məsələlər ölkə Prezidentinin nəzarətindədir. Dövlət başçısının dəstəyi ilə aqrar sahədə bundan sonra da çox ciddi tədbirlər həyata keçiriləcək. Bunun da nəticəsində Azərbaycan öz məhsullarını yalnız daxili deyil, həm də xarici bazarlarda satacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti