...

Alimlərın mənzil məsələsi yenə gündəmə gəldi - Komissiya yaradıldı

Cəmiyyət Materials 7 Dekabr 2016 17:10 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə akademiyada mənzil məsələsi üzrə Komissiya yaradılıb.
Alimlərın mənzil məsələsi yenə gündəmə gəldi - Komissiya yaradıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə akademiyada mənzil məsələsi üzrə Komissiya yaradılıb.

Trend-in məlumata görə, bu barədə RH-nin bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda Komissiyanın tərkibi təsdiq edilib.

İclasda AMEA-nın İqtisadiyyat və Folklor institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında məsələyə də baxılıb. İnstitutların aid olduğu elmi bölmələrə seçkilərin müəyyən olunmuş qaydada həyata keçirilməsini təmin etmək tapşırılıb.

İclasda AMEA-nın Nizami adına Ədəbiyyat və Memarlıq və İncəsənət institutlarının strukturunda dəyişiklik edilməsi haqqında qərar qəbul edilib. Digər qərarlarla Məhəmməd Füzuli adına Əlyazmalar, Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət institutlarının strukturunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev AMEA-nın Elm və Texnologiyalar Parkı MMC-nin direktoru təyin olunublar.

AMEA-nın Biofizika İnstitutuna biologiya üzrə elmlər doktoru Kərim Qasımov elmi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürrəhimov isə innovasiya və transfer üzrə direktor müavini təyin olunublar. Bundan başqa fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Elm Tarixi İnstitutunun elmi katibi və tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva isə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti