...

12 rayonda yeni fındıq bağları salınacaq

Cəmiyyət Materials 7 Dekabr 2016 20:35 (UTC +04:00)
Azərbaycanda 40 min hektar ərazidə yeni fındıq bağının salınması nəzərdə tutulub.
12 rayonda yeni fındıq bağları salınacaq

Bakı. Trend:

Azərbaycanda 40 min hektar ərazidə yeni fındıq bağının salınması nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il 10240 hektar sahədə yeni fındıq bağları salınıb.

2016-cı ildə Zaqatala, Balakən və Qusar rayonlarında digər rayonlardan daha çox fındıq tingləri əkilib. Ümumilikdə ölkə üzrə 12 rayonda yeni fındıq bağlarının salınması nəzərdə tutulub.

Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə 700 min manat vəsait ayrılıb. Vəsait yeni fındıq bağlarının salınması üçün ting yetişdirən fermerlərə subsidiya kimi veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti