...

Bakıda buz bağlayan yollar avtobusların hərəkətində problem yaradıb

Cəmiyyət Materials 8 Dekabr 2016 12:15 (UTC +04:00)
Qarlı hava şəraiti ilə əlaqədar paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Bakıda buz bağlayan yollar avtobusların hərəkətində problem yaradıb

Bakı. Samir Əli - Trend:

Qarlı hava şəraiti ilə əlaqədar paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hazırda bəzi ərazilərdə yollar buz bağlayıb:

"Bu vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində - Abbas Mirzə Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilir. Bu səbəbdən, həmin küçə və prospektdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Həmçinin, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti