...

Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi açıqlandı

Cəmiyyət Materials 9 Dekabr 2016 08:10 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaradılan Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi açıqlanıb.
Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaradılan Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi açıqlanıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, komissiyanın sədri akademik Dilqəm Tağıyev təyin edilib.

Komissiyanın sədr müavini AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri isə akademik Telman Əliyev, akademik Hətəm Quliyev, akademik Vasif Babazadə, AMEA-nın müxbir üzvləri Nuru Bayramov və Namiq Cəlilov seçilib.

Komissiyanın yaradılmasında məqsəd yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti