...

Səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb

Cəmiyyət Materials 8 Dekabr 2016 16:37 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı-Şamaxı avtomobil yolunun Hökməli-Müşviqabad hissəsində monitorinqlər keçirilib.
Səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı-Şamaxı avtomobil yolunun Hökməli-Müşviqabad hissəsində monitorinqlər keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, monitorinq zamanı bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının və kateqoriyasının özbaşına dəyişdirilməsi faktı aşkarlanıb. Belə ki, belə torpaqlarda qanunsuz tikinti işlərinin aparılması və əlavə torpaq sahəsinin zəbt olunması halları müəyyən edilib.

Monitorinq zamanı aşkar olunmuş pozuntu halları ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunub.

Komitənin indiyədək keçirdiyi belə monitorinqlər sayəsində istifadədən kənarda qalmış, eləcə də səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsinin geri qaytarılması istiqamətində işlər aparılır.

Ümumilikdə, komitə tərəfindən keçirilən monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1000-dən çox hal üzrə inzibati xətaya yol verimiş fiziki, hüquqi və vəzifəli şəxslər barədə inzibati protokollar tərtib edilib. Bunlardan 900 hal üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək müvafiq cərimələr tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti