...

Gənclər Fondunun fəaliyyətinin 5 illiyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2016 18:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu fəaliyyətinin 5 illiyi ilə bağlı keçirdiyi silsilə tədbirlərə start verib.
Gənclər Fondunun fəaliyyətinin 5 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu fəaliyyətinin 5 illiyi ilə bağlı keçirdiyi silsilə tədbirlərə start verib.

Fonddan Trend-ə verilən məlumata görə, ilk görüş bu görüş Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə Gənclər Fondunun, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Sumqayıt, Xızı, Siyəzən, Xırdalan, Abşeron, Şabran, Qobustan, Şamaxı, Quba, Qusar, Qubadlı və Xaçmaz şəhər Gənclər və İdman Baş İdarələrinin nüməyəndələri, Gənclər Təşkilatlarının üzvləri və gənclər iştirak ediblər.

Fondun icraçı direktoru Fərhad Hacıyev və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov çıxış eciblər. T.Səmədov ölkədə həyata keçirilən gənclər siyasətinin uğurlarından bəhs edərək Gənclər Fondunu dövlət gənclər siyasətinin aparıcı dəstəkçi qüvvələrindən olduğunu vurğulayıb.

F.Hacıyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal-hazırda prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Prezidentin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi kimi dövlət başçısının 19 dekabr 2011-ci il tarixli, 542 saylı fərmanı ilə Gənclər Fondunun yaradılması vurğulanıb.

F.Hacıyev dəvət edilən 11 rayonun gənclərini salamlayaraq Fondun bu günə qədər həyata keçirdiyi qrant müsabiqələrdə yaxından fəal iştirak etdikləri üçün təşəkkürünü bildirmiş və layihələrin uğurlu icrasında region gənclərinin xidmətini xüsusi vurğulayıb.

Tədbir Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyevanın çıxışı ilə davam edib. V.Niftəliyeva Fondun təqdimatını tədbir iştirakçılarının nəzərinə çatdırıb və qeyd edib ki, fəaliyyətə başladığı vaxtdan bu günə qədər Gənclər Fonduna 7098 layihə daxil olub, onların 3341-i dəstəklənib. Eyni zamanda səfər qrantları ilə bağlı 384 müraciətin 267-nə müsbət cavab verilib.

Tədbirdə Demokratik Gənclər İctimai Birliyinin sədri Ramil Süleymanov və Sumqayıt Asan Xidmət Mərkəzinin könüllüsü Nigar Qocayeva çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti