...

"Sağlam Nəsil" verilişi nömrə bir oldu (FOTO/VIDEO)

Cəmiyyət Materials 9 Dekabr 2016 14:12 (UTC +04:00)
Bakıda keçirilən beynəlxalq “Number 1” müsabiqəsinin mükafatlandırma mərasimində "Sağlam Nəsil" verilişi də mükafata layiq görülüb.
"Sağlam Nəsil" verilişi nömrə bir oldu  (FOTO/VIDEO)

Bakı. Trend:

Bakıda keçirilən beynəlxalq “Number 1” müsabiqəsinin mükafatlandırma mərasimində "Sağlam Nəsil" verilişi də mükafata layiq görülüb.

Daima qocalar və əlillər evi kimi məkanlarda olub, onlara yardım əlini uzadan Rəna Bayramqızının təqdimatında olan "Sağlam Nəsil" verilişi rəqiblərindən önə keçərək ilin ən yaxşı sağlamlıq verlişi seçilib.

Bundan başqa, bu həftə "Sağlam Nəsil" verilişində peşəkar həkimlərimiz XXI əsrdə dental sektorun ən son nailiyyətlərindən biri olan implantasiya haqqında danışacaq. Müasir stomatologiyada 3D diaqnostika sayəsində implantasiya qansız, kəsiksiz həyata keçirilir. Yəni, çənə sümüyünün eni və uzunluğu ölçüldükdən sonra implant qoyulur. Belə halda travma olmur və sağalma prosesi daha tez gedir.

İmplantasiya tam ağrısız olur və yerli anesteziya ilə həyata keçirilir. Əməliyyat bitdikdən sonra yüngül ağrı hissi və ya sızıltı ola bilər. Ağrını kəsmək üçün hər hansı bir ağrıkəsici preparatdan istifadə etmək kifayətdir. Bəs implantasiyanın hər hansı bir fəsadı varmı? Niyə insanlar implant əməliyyatından qorxur?

Bütün bu sualların cavabını bilmək və digər sağlamlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam nəsil" Lider TV-də şənbə günü saat 18:00-da, təkrarı isə bazar günü saat 16:00-dadır.
Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6
https://www.youtube.com/c/saglamnesil
https://www.facebook.com/SaglamNesil/?fref=ts

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti