...

“CinemaPlus”da Heydər Əliyev haqqında film nümayiş olunacaq

Cəmiyyət Materials 10 Dekabr 2016 12:45 (UTC +04:00)
“CinemaPlus 28 Mall” premium kinoteatrında ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü münasibətilə “Tale” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.
“CinemaPlus”da Heydər Əliyev haqqında film nümayiş olunacaq

Bakı. Trend:

“CinemaPlus 28 Mall” premium kinoteatrında ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü münasibətilə “Tale” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.

“Tale” Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi beşinci filmdir.

Filmdə 1985-1993-cü illərdə ümummilli liderin həyatında baş vermiş hadisələr əks olunur.

Heydər Əliyev özü həyatının bu çətin illəri haqqında danışır.

Film dekabr ayının 12-də saat 11:00-da nümayiş olunacaq. Giriş sərbəstdir.

Xəbər lenti

Xəbər lenti