...

Qaradağda qanunsuz dini ədəbiyyat və disklər müsadirə olunub

Hadisə Materials 10 Dekabr 2016 13:24 (UTC +04:00)
Qaradağ rayonu ərazisində yerləşən iki ünvana baxış keçirilib.
Qaradağda qanunsuz dini ədəbiyyat və disklər müsadirə olunub

Bakı. Trend:

Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq razılığı olmayan, habelə dini nifrət və ayrı-seçkilik ehtiva edən dini təyinatlı ədəbiyyatların mövcudluğu haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Qaradağ rayonu ərazisində yerləşən iki ünvana baxış keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı “Qobu yolu” adlanan ərazidə ferma köşkündən 40 adda dini təyinatlı ədəbiyyat, digər ünvandan isə 13 adda dini təyinatlı ədəbiyyat və 13 ədəd DVD disk aşkar edilərək götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti