...

Bakıda baş verən uçqunda xəsarət alan "Azəriqaz" əməkdaşı komaya düşdü

Cəmiyyət Materials 12 Dekabr 2016 10:35 (UTC +04:00)
Dekabrın 9-da Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində baş verən uçqun nəticəsində xəsarət alan "Azəriqaz" İstehsalat Birliyinin 3 əməkdaşından biri komaya düşüb.
Bakıda baş verən uçqunda xəsarət alan "Azəriqaz" əməkdaşı komaya düşdü

Bakı. Samir Əli - Trend:

Dekabrın 9-da Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində baş verən uçqun nəticəsində xəsarət alan "Azəriqaz" İstehsalat Birliyinin 3 əməkdaşından biri komaya düşüb.

Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehtiyev məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən Hücaət Hüseynov komaya düşüb. H.Hüseynov hazırda süni nəfəs aparatına qoşulub.

Baş direktorun müaini bildirib ki, hadisə nəticəsində "Azəriqaz" İB-nin digər əməkdaşları - Ədalət Əliyev və Natiq Mustafayevin isə səhhəti normaldır. Ə.Əliyev əməliyyat edilib.

Xatırladaq ki, dekabrın 9-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində küləyin gücündən yol kənarındakı hasar uçub. Nəticədə ərazidə xidmət aparan “Azəriqaz” İB-nin 3 əməkdaşı - Ə.Əliyev ayağın əziyi və sınığı, N.Mustafayev bədənin çoxsaylı əziyi, H.Hüseynov isə qapalı kəllə-beyin travması ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti