...

Çaylarda maraqlı tendensiya - suyun səviyyəsi azalmaqda davam edir

Cəmiyyət Materials 13 Dekabr 2016 07:57 (UTC +04:00)
Dəyişkən hava şəraiti ilə bağlı çay və transsərhəd çaylarda sululuq səviyyəsində dəyişmələr baş verib.
Çaylarda maraqlı tendensiya - suyun səviyyəsi azalmaqda davam edir

Bakı. Trend:

Dəyişkən hava şəraiti ilə bağlı çay və transsərhəd çaylarda sululuq səviyyəsində dəyişmələr baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-200, Kiçik Qafqazın çaylarında 200-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 180 m3/s olmaqla ongünlük normanın 115 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 162 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 77 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, ötən gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm azalma, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 463 sm (2015-ci il dekabrın 12-də 442 sm), Salyanda 310 sm (2015-ci il dekabrın 12-də 302 sm), Bankədə 235 sm (2015-ci il dekabrın 12-də 222 sm), Araz çayının Novruzlu məntəqəsində isə 181 sm (2015-ci il dekabrın 12-də 173 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti