...

Ədliyyə işçiləri ulu öndərin xatirəsini yad ediblər (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2016 18:03 (UTC +04:00)
Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndərin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbərə əbədi ehtiramlarını bildiriblər.
Ədliyyə işçiləri ulu öndərin xatirəsini yad ediblər (FOTO)

Bakı. Trend:

Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndərin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbərə əbədi ehtiramlarını bildiriblər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyevin Ədliyyə Nazirliyindəki büstü önünə tər çiçəklər qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nazirliyin rəhbərliyinin və kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin iştirakı ilə Heydər Əliyev muzeyində anım mərasimi keçirilib.

Tədbirdə ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən ətraflı bəhs olunub, bu il 25 illiyini qeyd etdiyimiz müstəqilliyimizin xilaskarı olan Heydər Əliyev tərəfindən bütün sahələrdə köklü islahatların aparıldığı və Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyaraq dünya siyasi xəritəsində öz layiqli yerini tutduğu qeyd olunub.

Həmçinin, doğma vətəninə və xalqına daim sədaqətlə xidmət edən ulu öndər Heydər Əliyev haqqında xoş xatirələr bölüşülüb, dahi rəhbərin dövlət məmurları qarşısında vətənpərvərlik, sağlam mənəviyyat, qanunun aliliyinin daim uca tutulması ilə bağlı tələbləri bir daha vurğulanıb, ümummilli liderin əsl dövlətçilik, idarəçilik və vətəndaşlıq məktəbi olan titanik fəaliyyətinin indiki və gələcək nəsillərə örnək olduğu, əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı bildirilib.

Mərasimdə Heydər Əliyevin yüksək dövlətçilik amallarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, yeni qlobal çağırışlara uyğun hərtərəfli islahatlar həyata keçirilməklə respublikamızın davamlı və sabit inkişafının təmin olunduğu vurğulanıb, ölkəmizin və Heydər Əliyev ideyalarının dünyada təbliğində onun adını daşıyan Fondun müstəsna xidmətləri qeyd olunub.

Çıxış edənlər dahi liderin müəyyən etdiyi dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Anım günü ilə bağlı ədliyyə qurumlarında tədbirlər keçirilib, nazirliyin Heydər Əliyev muzeyində ümummilli liderin zəngin həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanış olunub, yaradılmış elektron məlumat lövhəsində foto-slaydlar və kinozalda filmlər nümayiş etdirilib, ehsan süfrəsi təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti