...

Rayonların birində üçulduzlu hotelin tikintisi planlaşdırlır

Cəmiyyət Materials 14 Dekabr 2016 07:43 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlardan Şamaxı rayonunun inkişafının prioritet sahələri üzrə investisiya layihələrinin qəbuluna başlayıb
Rayonların birində üçulduzlu hotelin tikintisi planlaşdırlır

Bakı. Ənvər Məmmədov - Trend:

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlardan Şamaxı rayonunun inkişafının prioritet sahələri üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Trend-in Nazirliyin saytına istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl keçirilmiş işgüzar forumun yekununda bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən taxılçılıq təsərrüfatı, heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq və kartofçuluq təsərrüfatlarının, pendir, çörək və şirniyyat məmulatları müəssisələrinin yaradılması üzrə sahibkarlardan təkliflərin qəbul olunması məqsədəuyğun hesab edilib.

Bundan başqa, rayonda üçulduzlu mehmanxananın tikintisi üzrə investisiya layihəsinin qəbulu elan olunub.

SKMF-nin məlumatına görə, sahibkarlar fonda səlahiyyətli kredit təşkilatları vasitəsilə müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti