...

Tərtərdə "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə icra olunur (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2016 16:02 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyilə Tərtər rayon “Cümə” məscidi dini icması tərəfindən Tərtər şəhər Gənclər Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Tərtərdə "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə icra olunur  (FOTO)

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyilə Tərtər rayon “Cümə” məscidi dini icması tərəfindən Tərtər şəhər Gənclər Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, rayon gəncləri, icma üzvləri və dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı E. Umudov açaraq maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib.

Sonra çıxış edən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Ə.Nəcəfov məruzəsində radikal dini cərəyanlardan, onların təbliğat metodlarından, fəaliyyətlərindən və radikal dini cərəyanlara qarşı mübarizə üsullarından danışıb.

Məruzə ətrafında Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov və Səhləbad kənd tam orta məktəbinin müəllimi Səbuhi İbrahimov da çıxış ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin 27 noyabr 2014–cü ildə imzaladığı sərancama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaiti əsasında həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti